Boru kəmərləri üzrə böyük mühəndis

YerBakı, Azərbaycan
TipTam ştat
Təcrübə10 il

Vəzifə haqqında

Vəzifələr

  • 01Təyin olunmuş layihələr üzrə boru kəmərləri mühəndisliyi və boru kəmərlərinin tikintisinin ümumi icrasına və nəzarətinə cavabdehlik
  • 02Layihənin icra planına, spesifikasiyalara, prosedurlara və şöbə prosedurlarına uyğun boru kəmərləri mühəndisliyi üzrə icra planı hazırlamaq
  • 03Layihə qrafiki çərçivəsində boru kəmərləri üzrə mühəndislərdən, layihəçilərdən və tikintiyə nəzarətçilərdən ibarət komandanın iş yükünün bütün aspektlərini təşkil və idarə etmək
  • 04Layihə qrafikinə, iş həcminə və büdcəsinə uyğun boru kəmərlərinin layihələndirilməsi və tikinti işlərinə rəhbərlik etmək. Mühəndislik və tikinti məlumatlarının daxilolma və ötürülməsini idarə etmək, onları layihə qrafikinə uyğun yekunlaşdırmaq
  • 05Boru kəmərləri mühəndisliyi işlərinin icrası üzrə irəliləyişə nəzarət etmək, əmək saatlarını izləmək və rəhbərliyə hesabat vermək
  • 06Sənədlərin nəzərdən keçirilməsi və 3D modelin yoxlanılması kimi boru kəmərləri mühəndisliyinə aid bütün layihə baxışı iclaslarına rəhbərlik etmək
  • 07Boru kəmərləri üçün materialların miqdarına və tikinti işlərinin həcminə nəzarət etmək. Dəyişikliklərin idarə edilməsi proseduruna əsasən miqdar dəyişikliklərini izləmək və hesabat vermək
  • 08Şöbənin Təlim Planına uyğun olaraq boru kəmərlərinin layihələndirilməsi üzrə müxtəlif fəaliyyətlər barədə mühəndis və layihəçilərə təlim keçmək və onları istiqamətləndirmək
  • 09Layihə spesifikasiyasına uyğun olaraq boru kəmərlərinin tikintisi üzrə fəaliyyətlərlə bağlı tikintiyə nəzarətçilərə və xətlərin yoxlanılmasına cavabdeh şəxslərə təlim keçmək və onları istiqamətləndirmək
  • 10Zərurət olduqda şöbənin fəaliyyəti ilə bağlı bölmə rəhbərinə kömək etmək
  • 11Keyfiyyət İdarəetmə Sisteminə riayət etmək

Tələblər

  • Mühəndislik və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
  • Neft-qaz, neft-kimya və neft emalı sənayesində boru kəmərləri mühəndisliyi üzrə, o cümlədən baş planın hazırlanması sahəsində təcrübə olmaqla 10 il iş təcrübəsi
  • Mühəndislik layihələndirmə normativləri (məsələn, ASME, ASTM), spesifikasiyalar, boru kəmərlərinin layihələndirilməsi üzrə müasir analitik metodlar və proqram təminatı haqqında biliklər vacibdir
  • Navisworks və arzuolunan olaraq PDMS/E3D, SP-3D, AutoCAD, Caesar II və AutoPIPE kimi proqramlarla işləmək bacarığı
  • Boru kəmərlərinin marşrutunun təhlili, standart çertyojlar, xidmət sinfi, xətlərin siyahısı, materialların miqdar cədvəli (MTO), 3D model baxışları, yüklənmə məlumatları, ştuserlərin istiqamət çertyojları, ümumi yığım çertyojları, izometrik çertyojlar və xüsusi boru dayaqlarının çertyojları daxil
  • Boru kəmərlərinin tikintisi üzrə fəaliyyətlər, iş axını və tikinti işlərinin həcminin qiymətləndirilməsi barədə hərtərəfli bilik
  • Layihə və şirkət fəaliyyətinə cəlb olunmuş daxili və xarici maraqlı tərəflərlə koordinasiya aparmaq bacarığı
  • Səmərəli iclaslara rəhbərlik etmək və təşkilatın maraqlarına uyğun şərtlər üzrə danışıqlar aparmaq bacarığı
  • İş proseslərinin davamlı təkmilləşdirilməsi üçün əlaqəli iş qruplarına təsir göstərmək və onları motivasiya etmək bacarığı
  • Təşəbbüskarlıq, minimum nəzarətlə işləmək, əsaslandırılmış qərarlar qəbul etmək, müstəqil hərəkət etmək, problemləri təhlil etmək və təyin olunmuş layihələr üzrə məqsədyönlü həllər təqdim etmək bacarığı