Xidmət

Tikinti

İnşaat, emalat, quraşdırma və istismara vermə xidmətləri.

Prokon layihələrin icrasının bütün mərhələlərini əhatə edən tikinti xidmətləri təqdim edir. Xidmətlərimiz planlaşdırma və işlərin icrasına hazırlıq mərhələsindən başlayaraq emalat, quraşdırma, sınaq, istismara hazırlıq və işin təhvil verilməsinədək olan bütün prosesləri əhatə edir. Güclü layihə nəzarəti, keyfiyyət təminatı və Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Mühafizə və Ətraf Mühit (HSSE) üzrə idarəetmə sistemləri ilə dəstəklənən fəaliyyətimiz layihələrin səmərəli və etibarlı şəkildə icrasını təmin edir.

  • İş həcminin təhlükəsiz, yüksək keyfiyyətlə və səmərəli şəkildə yerinə yetirilməsi üçün tikinti işlərinin planlaşdırılması və idarə edilməsi
  • İş həcminin formalaşdırılması
  • HSSE planının tətbiqi
  • İşlərin Planlaşdırılması və Nəzarəti (CoW)
  • İş həcmi üzrə Sifarişçinin Tamamlama və Sertifikatlaşdırma İdarəetmə Sisteminə daxil olan Keyfiyyətin Təminatı / Keyfiyyətə Nəzarət sənədlərinin, qeydlərinin və yoxlama vərəqlərinin tərtib edilməsi
  • İş sahəsində emalat işləri
  • Materiallara nəzarət, saxlama və mühafizə
  • Sahənin hazırlanması, svay işləri, yeraltı işlər, təməllərin və binaların tikintisi daxil olmaqla mülki tikinti işləri
  • Kran xidmətləri, ağır yüklərin qaldırılması, daşınması və yükləmə-boşaltma işləri
  • Əvvəlcədən hazırlama, emalat və ilkin yığma işləri
  • İşlərin icrası üçün tələb olunan müvəqqəti tikililər və yardımçı qurğular
  • Quraşdırma, montaj və qoşulma işləri
  • Daimi konstruksiyaların sınaqdan keçirilməsi
  • Sistemlərin və/və ya alt sistemlərin funksional fəaliyyətinin yoxlanılması məqsədilə istismara hazırlıq işləri
  • Qüsur və tamamlanmamış işlərin siyahıya alınması və aradan qaldırılması
  • Yoxlamaların aparılması, icra sənədlərinin hazırlanması və texniki sənədlərin tərtib edilməsi