Vizyon, Missiya və Dəyərlər
Vizyonumuz , missiyamız və dəyərlərimiz kimliyimizi müəyyən edir, həyata keçirdiyimiz hər bir layihəyə istiqamət verir və müştərilərimizlə, eləcə də tərəfdaşlarımızla əməkdaşlıq prinsiplərimizi formalaşdırır.
Vizyon
Vizyonumuz , mühəndislik, təchizat və tikinti (EPC) sahəsində müştərilərin ilk seçimi olmaqdır.
Missiya
Missiyamız keyfiyyət yönümlü proseslər əsasında təhlükəsiz, səmərəli və ətraf mühitə məsuliyyətli yanaşma ilə yüksək səviyyəli xidmətlər və həllər təqdim etməkdir.
Dəyərlər
Təhlükəsizlik. İnsan yönümlülük. Dürüstlük. Mükəmməllik. İnnovasiya.

Təhlükəsizlik
Biz biznes fəaliyyətimizi ən yüksək sosial, ekoloji və təhlükəsizlik təcrübələrinə uyğun aparırıq. Biz yaxşı bir korporativ vətəndaş olmaq öhdəliyimizə sadiqik. Əməkdaşlarımızın sağlamlığına və təhlükəsizliyinə, aktivlərimizin və ətraf mühitin qorunmasına böyük önəm veririk.
İnsan yönümlülük
Uğur hekayələrimizin əsas təkanverici qüvvəsi olan insanları ən dəyərli varlığımız hesab edirik. Əməkdaşlarımızın sağlamlığına və inkişafına böyük diqqət yetirməklə, biz mədəniyyətlərin, fikirlərin, bacarıqların və təcrübələrin müxtəlifliyini dəstəkləyən iş mühitinin yaradılması öhdəliyimizə sadiq qalırıq. Hər kəsin bərabər hüquq və imkanlara, yüksək dəyərlərə malik olduğu sağlam mühiti təmin edirik.
Dürüstlük
Biz başqalarına və özümüzə qarşı dürüstük. Bütün biznes fəaliyyətimizdə ən yüksək etik standartlara cavab veririk. Söz verdiyimizi edirik. Məsuliyyətimizi tam anlayırıq, fəaliyyətimizə və fəaliyyətsizliyimizin nəticələrinə görə özümüzü cavabdeh bilirik.
Mükəmməllik
İş prinsipimiz və sistemlərimizin davamlı inkişafını dəstəkləyərək gördüyümüz işlərdə yüksək iş icrasının və əməliyyatların həyata keçirilməsində mükəmməlliyin təmin edilməsinə can atırıq.
İnnovasiya
Biz innovasiya əsasında olan inkişafı vacib hesab edirik. Qabaqcıl texnologiyaların və çevik iş görmək üsullarının üstünlüklərindən istifadə edərək rasional, risklər baxımından balanslaşdırılmış və bütün maraqlı tərəflərin dəyər verdiyi təşəbbüslərə yatırım edirik. Biz gəlir mənbələrini artırmaq və eyni zamanda ətraf mühitlə bağlı davamlı inkişafı təmin etmək məqsədilə yenilikçi həll yolları tətbiq edirik.