Xidmət

Layihələrin idarə edilməsi

Layihələrin planlaşdırılması, təchizat, işlərin icrası, xərclərə nəzarət və risklərin idarə edilməsi.

Prokon layihələrin planlaşdırma və təchizat mərhələsindən icra və yekunlaşdırılmasınadək bütün mərhələlərini əhatə edən kompleks layihə idarəetmə xidmətləri göstərir. İnteqrasiya olunmuş yanaşmamız effektiv koordinasiyanı, risklərin proaktiv idarə edilməsini, xərclərə nəzarəti, eləcə də keyfiyyət, təhlükəsizlik və layihə tələblərinə uyğunluğu təmin edir.

  • Layihənin icrası strategiyasının, icra planlarının və prosedurlarının hazırlanması
  • Müştəri tələblərinə əsasən layihə spesifikasiyalarının hazırlanması
  • Tender sənədlərinin hazırlanması
  • Subpodratçıların, satıcıların və təchizatçıların qiymətləndirilməsi
  • Satıcı fəaliyyətlərinin idarə edilməsi və koordinasiyası
  • Layihə interfeysinin idarə edilməsi
  • Tikinti idarəçiliyi
  • Sənaye tikinti layihələrinin icrası
  • Layihələndirmənin uyğunlaşdırılması və dövlət təsdiqi prosesinin idarə edilməsi
  • Keyfiyyətə zəmanət və keyfiyyətə nəzarətin idarə edilməsi
  • Sağlamlıq, təhlükəsizlik və ətraf mühit (SƏTƏM) tələblərinin idarə edilməsi
  • Layihə xərclərinin qiymətləndirilməsi və nəzarəti
  • Risklərin müəyyən edilməsi və azaldılması