Boru kəmərləri üzrə mühəndis
YerBakı, Azərbaycan
TipTam ştat
TəcrübəMinimum 7 il
Vəzifə haqqında
Vəzifələr
- 01Əsasən layihə sahəsində və ya sahə ofisində fəaliyyət göstərmək, eyni zamanda Boru Kəmərlərinin Layihələndirilməsi Departamentinin ayrılmaz üzvü kimi çalışmaq, həm sahədə mühəndislik dəstəyi, həm də ofis komandasına boru kəmərlərinin layihələndirilməsi və mühəndisliyi üzrə dəstək göstərmək və birbaş
- 02Fabrikasiya, tikinti, quraşdırma, sınaq, istismaraqabağı hazırlıq və istismara vermə fəaliyyətlərinə gündəlik mühəndislik dəstəyi göstərmək, sahədə görülən işlərin təsdiq edilmiş çertyojlara, spesifikasiyalara və layihə tələblərinə uyğunluğunu yoxlamaq.
- 03Boru kəmərləri ilə bağlı sahə problemlərini, o cümlədən marşrutlaşdırma ziddiyyətlərini, quraşdırma məhdudiyyətlərini, giriş imkanları ilə bağlı çətinlikləri, birləşmə nöqtələri (tie-in) ilə əlaqəli məsələləri, dayaqlarla bağlı problemləri və konstruktiv icra imkanlarına dair çətinlikləri qiymətlə
- 04Layihə tələbləri və sahədə yoxlanılmış faktiki vəziyyət əsasında boru kəmərlərinin planlarının, ümumi yerləşmə çertyojlarının (General Arrangement), izometrik çertyojların, birləşmə nöqtələrinin (tie-in) çertyojlarının və boru kəmərlərinin layihələndirilməsi üzrə digər sənədlərin hazırlanmasında,
- 05Boru kəmərlərinin 3D modelləşdirilməsi və layihə dəyişiklikləri üçün SmartPlant 3D (SP3D) proqramından istifadə etmək; boru kəmərlərinin planlarını, izometrik çertyojları, sahə eskizlərini və faktiki icra vəziyyətini əks etdirən çertyojları (as-built) hazırlamaq və ya yeniləmək üçün AutoCAD-dən, 3
- 06P&ID sxemlərini, boru kəmərlərinin planlarını, izometrik çertyojları, dayaq çertyojlarını, xətlərin siyahılarını (line list), boru kəmərlərinin siniflərini, spesifikasiyaları və 3D modelləri layihə tələblərinə, tikinti və quraşdırma imkanlarına, eləcə də faktiki sahə şəraitinə uyğunluq baxımından
- 07Mövcud obyektlər, istismarda olan obyektlərdə dəyişikliklər (brownfield modifications) və birləşmə nöqtələri (tie-in) üzrə sahə baxışları, faktiki vəziyyətin yoxlanılması və ölçü yoxlamalarını həyata keçirmək; boru kəmərlərinin marşrutunu, hündürlük göstəricilərini, avadanlıq ucluqlarının istiqamə
- 08Sahədə edilən dəyişikliklər üzrə eskizlər, çertyojlar üzərində düzəliş qeydləri (red-line mark-ups), faktiki icra vəziyyətinə dair məlumatlar (as-built inputs), texniki sorğular (TQ/RFI) və texniki dəqiqləşdirmələr hazırlamaq; layihəyə təsir edən dəyişikliklərin tətbiqindən əvvəl onları Aparıcı Bo
- 09Boru kəmərləri materialları ilə bağlı fəaliyyətlərə, o cümlədən materialların miqdar cədvəlinin (MTO) hazırlanmasına və yoxlanılmasına, boru kəmərlərinin siniflərinin və materiallarının yoxlanılmasına, çatışmazlıqların və uyğunsuzluqların müəyyən edilməsinə, material əvəzləmələrinə və əlaqəli texn
- 10Boru kəmərləri ilə bağlı interfeyslərin və mühəndislik məsələlərinin həlli üçün Tikinti, QA/QC, HSE, Proses, Mexanika, Mülki və Konstruksiya, Elektrik, Avtomatlaşdırma və Ölçü Sistemləri, Gərginlik Analizi (Stress), təchizatçılar və sifarişçi nümayəndələri ilə koordinasiyalı işləmək.
- 11Boru xətlərinin yoxlanılması üzrə birgə baxışlarda (line walks), qüsur və çatışmazlıqların siyahısının hazırlanmasında (punch listing), sınaq paketlərinin nəzərdən keçirilməsində, təzyiq sınaqlarında və sistemlərin ilkin vəziyyətinə qaytarılması (reinstatement) fəaliyyətlərində iştirak etmək; təsd
Tələblər
- Boru xətlərinin yoxlanılması üzrə birgə baxışlarda (line walks), qüsur və çatışmazlıqların siyahısının hazırlanmasında (punch listing), sınaq paketlərinin nəzərdən keçirilməsində, təzyiq sınaqlarında və sistemlərin ilkin vəziyyətinə qaytarılması (reinstatement) fəaliyyətlərində iştirak etmək; təsd
- Neft-qaz, neft-kimya, neft emalı və ya oxşar sənaye sahələrində boru kəmərlərinin layihələndirilməsi və mühəndisliyi, eləcə də sahə və tikinti işlərinə dəstək sahəsində təsdiqlənmiş təcrübə daxil olmaqla, müvafiq sahədə minimum 7 il iş təcrübəsi.
- Boru kəmərlərinin layihələndirilməsi, fabrikasiyası, tikintisi və quraşdırılması üzrə güclü praktiki biliklər; faktiki sahə şəraitini texniki cəhətdən əsaslandırılmış və tikinti-quraşdırma baxımından icra oluna bilən layihə həllərinə çevirmək bacarığı.
- Boru kəmərlərinin layihələndirilməsi, fabrikasiyası, tikintisi və quraşdırılması üzrə güclü praktiki biliklər; faktiki sahə şəraitini texniki cəhətdən əsaslandırılmış və tikinti-quraşdırma baxımından icra oluna bilən layihə həllərinə çevirmək bacarığı.
- P&ID sxemlərini, baş planları (plot plans), boru kəmərlərinin planlarını, ümumi yerləşmə çertyojlarını (General Arrangement), izometrik çertyojları, dayaq çertyojlarını, xətlərin siyahılarını, boru kəmərlərinin siniflərini, spesifikasiyaları, 3D modelləri və təchizatçı sənədlərini müstəqil şəkildə
- ASME B31.3 standartı, müvafiq ASME B16 seriyası, ASTM/API standartları, layihə spesifikasiyaları və boru kəmərlərinə tətbiq olunan digər norma və standartlar üzrə güclü biliklər.
- Borular, fitinqlər, flanşlar, siyirtmələr və digər klapanlar, kipkəclər (gaskets), bolt-birləşmələr və xüsusi təyinatlı elementlər daxil olmaqla, boru kəmərlərinin materialları və komponentləri üzrə geniş biliklər; material, təzyiq sinfi və spesifikasiya ilə bağlı problemləri müəyyən etmək bacarığ
- Sahə baxışları, mövcud obyektlərdə dəyişikliklərin (brownfield) və birləşmə nöqtələrinin (tie-in) yoxlanılması, sahədə ölçülərin dəqiqləşdirilməsi, çertyojlar üzərində düzəliş qeydlərinin və faktiki icra çertyojlarının hazırlanması, eləcə də faktiki sahə şəraitinə əsasən boru kəmərlərində dəyişikl
- Qaynaq, dağıdıcı olmayan sınaqlar (NDT), təzyiq sınaqları, qoruyucu örtüklərin çəkilməsi və rəngləmə, boru kəmərlərinin dayaqları, flanş birləşmələri, quraşdırma toleransları, sınaq paketləri, sistemlərin ilkin vəziyyətinə qaytarılması (reinstatement) və boru kəmərlərinin tikinti-quraşdırma işləri
- Güclü ünsiyyət və koordinasiya bacarıqları; sahədəki tikinti komandası və ofisin boru kəmərləri mühəndisliyi komandası ilə səmərəli işləmək, bir neçə prioriteti eyni vaxtda idarə etmək və minimal nəzarət şəraitində uyğun sahə qərarları qəbul etmək bacarığı.