Layihə

1N-li Qaz Kompressor Stansiyası

Qaz kompressor stansiyası 2012-ci ildə Xəzər dənizində yerləşən 4 saylı Günəşli Ofşor Dərin Su Platformasında tikilmişdir. Stansiya neft hasilatı prosesi zamanı yaranan aşağı təzyiqli qazları toplayır və toplanmış qazları Neft Daşlarında yerləşən BCS-2-nin sorucu sisteminə nəql edir. Qurğu iki ədəd Siemens SGT400 iki vallı qaz turbinli kompressor ötürücüsündən, iki ədəd Siemens STC-SH qaz kompressor qurğusundan və iki ədəd Siemens STC-SV qaz kompressor qurğusundan ibarətdir.