Layihə
Qazlift kompressor stansiyası
Kompressor stansiyası səkkiz qaz turbinli mərkəzdənqaçma kompressor qurğusundan ibarətdir. Bunlardan dördü birinci pillə (LP) qurğularıdır (üçü istismarda və biri ehtiyatda), dördü isə ikinci pillə (HP) qurğularıdır (üçü istismarda və biri ehtiyatda). Stansiyaya həmçinin qazın qurudulması qurğusu və əlaqəli texnoloji avadanlıqlar daxildir. Qurğunun gücü gündə 3 milyon m³, işçi təzyiqi isə 12,5 MPa təşkil edir.