28 yanvar 2022

“Prokon” Nazirliyin fəxri mükafatına layiq görülüb

“Prokon” Nazirliyin fəxri mükafatına layiq görülüb

“Prokon” şirkəti şəhid ailəsi üzvlərinin məşğulluğunun təmin edilməsinə göstərdiyi dəstəyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özəl sektorda “Ən fəal sosial tərəfdaş” nominasiyası üzrə mükafatlandırıldığını məmnunluq hissi ilə bəyan edir.

Nazirlik tərəfindən təşkil olunmuş və yüksək rütbəli dövlət rəsmilərinin iştirak etdiyi xüsusi mərasimdə “Prokon” şirkətinin Baş Direktor Müavini Ariz Hüseynova bu dəyərli mükafatı nazir cənab Sahil Babayev təqdim edib.

“Prokon” 2017-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi ilə sıx əməkdaşlıq edir. Bu tərəfdaşlıq çərçivəsində əsas fəaliyyət istiqaməti həssas qruplardan olan şəxslərin, eləcə də iş tapmaqda çətinlik çəkən vətəndaşların məşğulluğunun artırılmasına yönəlib.

Dövlət Məşğulluq Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Prokon” tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqları böyüdən valideynlərin, əlilliyi müəyyən edilmiş şəxslərin (o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqların valideynlərinin), həmçinin müharibə veteranlarının, şəhid ailəsi üzvlərinin və məcburi köçkünlərin (2021-ci ilədək) işlə təmin olunması məqsədilə təxminən 50 vakant iş yeri ayrılıb.

Yüksək korporativ sosial məsuliyyət daşıyan bir şirkət olaraq, “Prokon” Azərbaycanda həssas təbəqədən olan vətəndaşların məşğulluq imkanlarının genişləndirilməsinə yönəlmiş təşəbbüsləri bundan sonra da dəstəkləməyə davam edəcək.

Redaktorlar üçün qeyd

2012-ci ildə “Nobel Energy” qrupunun törəmə müəssisəsi kimi təsis edilmiş və tam xidmət spektrinə malik tikinti şirkəti olan “Prokon”, layihə sənədlərinin uyğunlaşdırılmasından tutmuş satınalma və tikintiyə qədər inteqrasiya olunmuş infrastruktur, sənaye müəssisələri və digər obyektlərin inşası layihələrinin idarə edilməsi üzrə ixtisaslaşıb.